"Dünya İslam Birliyi, İslamın və müsəlmanların həqiqi simasını işıqlandırmaq, ədalətə və insanlığa hörmətə çağıran əsl İslamı bütün dünyaya çatdırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk".
Hafta.az-ın yazdığına görə, bunu Londonda təşkil olunan Avropada Müsəlman İcması Liderlərinin birinci Konfransında çıxışı zamanı Böyük Britaniya parlamentinin deputatı, din və etiqad azadlığı üzrə xüsusi nümayəndə Rəhman Çişti dedib.
Birgə yaşayışa önəm verən, ədalətsizliyi rədd edən, insan haqları pozuntularını və digər ünsürləri rədd edən Məkkə Bəyannaməsinin dəyərini yüksək qiymətləndirən Çişti bildirib ki, Məkkə bəyannaməsi dünyalar arasında mədəni fərqliliklərin qarşıdurmalara səbəb olmamalı, əksinə, bir-birini əvəz etməli olduğunu vurğulayır.
“Məkkə Bəyannaməsi radikal və mənfur ideyalarla mübarizə aparır, bütün xalqlar arasında bərabər səsə çağırır və bu gün dünyamızda görmək istədiyimiz bütün dəyərləri və prinsipləri təbliğ edir. Lakin bu, bizi bu sənədin müddəalarını cəmiyyətlərimizdə reallığa çevirmək üçün çox çalışmaqdan azad etmir”, - o, əlavə edib.